“Liverpul” yeni transferi Nabi Keytanı ictimaiyyətə təqdim edib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, 23 yaşlı futbolçu yeni klubunda 8 nömrəli forma altında çıxış edəcək.
İyulun 1-dən etibarən, “Leypsiq”lə müqaviləsi başa çatacaq Keyta rəsmən “Liverpul”a məxsus olacaq. O, bazar ertəsi Melvud bazasında yeni mövsüm hazırlıqlarına başlayacaq.
Keyta transferini belə şərh edib: “Tez-tez izlədiyim klub olduğu üçün “Liverpul”u seçdim. Həmçinin Sadio Mane ilə danışmaq imkanım da olurdu. O, komanda haqqında mənə çox şey danışıb. Məşqçi isə klubun layihəsi haqqında mənə məlumat verdi və bu, məni burda olmaq üçün həvəsləndirən amil idi”.
Qeyd edək ki, 8 nömrəli forma daha öncə “Liverpul”un əfsanəsi Stiven Cerrarda məxsus idi.