"Liverpul" Salahı "Barselona"lı ilə əvəzləmək istəyir
05.02.2024 - 12:19
"Liverpul" Salahı "Barselona"lı ilə əvəzləmək istəyir

"Liverpul" ulduz hücumçusu Məhəmməd Salahın yerinə oyunçu axtarır.

Apasport.az xəbər verir ki, misirli hücumçu bu mövsümün sonunda İngiltərə nəhəngindən ayrılmağa yaxındır. Səudiyyə Ərəbistanı klubları onunla maraqlanır.

Mersisaydlılar afrikalının yerinə Kataloniya “Barselona”sına məxsus 2 futbolçunu nəzərdən keçirir. Söhbət Ansu Fati və Rafinha Diazdan gedir.

Fatinin transfer qiyməti 30 milyon, Rafinhanın qiyməti isə 50 milyon avro olaraq qiymətləndirilir. 
 

0