[b]“Liverpul” Salahın maaşını ikiqat artırdı[/b]
02.07.2018 - 12:28
[b]“Liverpul” Salahın maaşını ikiqat artırdı[/b]

Məhəmməd Salah “Liverpul”la müqaviləsini təzələyib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, misirli futbolçu ilə uzun müddətli saziş imzalanıb. Müqavilənin konkret bitmə tarixi barədə hələlik rəsmi məlumat yoxdu.

 

“Daily Mail” isə iddia edir ki, saziş 2023-cü ilə qədər nəzərdə tutulub. Salahın məvacibi iki dəfə artırılıb. O, həftəsinə 200 min funt sterlinq qazanacaq. Həmçinin müqavilədə sərbəst qalma məbləği göstərilməyib.

 

Qeyd edək ki, 26 yaşlı futbolçu “Liverpul”dakı ilk mövsümündə 52 matçda meydana çıxıb və 44 dəfə rəqib qapılarına yol tapıb.