“Liverpul”un hücumçusu ərəbləri rədd etdi
10.06.2025 - 14:46
“Liverpul”un hücumçusu ərəbləri rədd etdi

“Liverpul”un hücumçusu Darvin Nunez Səudiyyə Ərəbistanından gələn transfer təklifini rədd edib.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu ilə “Əl-Hilal” maraqlanırdı, ancaq o, bu keçidi rədd edib.

25 yaşlı hücumçu yaxın aylarda “qırmızılar”dan ayrılmağa hazırdır, lakin karyerasını Avropada davam etdirmək niyyətindədir. “Liverpul” Nunezin transferi üçün 55 milyon avro tələb edir.

Uruqvaylı futbolçuya “Atletiko” da maraq göstərir. Hətta iddialara görə, tərəflər artıq şifahi razılıq əldə ediblər.

Onun “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.