Nunes La Liqa nəhəngi ilə razılığa gəlib
30.05.2025 - 11:32
Nunes La Liqa nəhəngi ilə razılığa gəlib

"Liverpul"un hücumçusu Darvin Nunes iyunda "Atletiko Madrid"ə keçə bilər.

Apasport.az xəbər verir ki, bu barədə İngiltərənin "Topskills Sports" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Nunes “Mançester Yunayted” və “Napoli”nin marağına baxmayaraq, “Atletiko”ya keçmək istəyir.

Hazırda "matrasçılar"ın rəhbərliyi ilə "Liverpul" arasında danışıqlar gedir. Tərəflər arasında şifahi razılaşma əldə olunub. Mersisaydlıların 25 yaşlı uruqvaylının satışından 77-95 milyon avro arasında gəlir əldə etmək istədiyi iddia edilir.

Bu mövsüm Nunes bütün turnirlərdə 47 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.