"Liverpul"un məşqçisi "Ayaks" yolunda
28.02.2024 - 19:47
"Liverpul"un məşqçisi "Ayaks" yolunda

“Ayaks” baş məşqçi axtarışlarına start verib.

Apasport.az xəbər verir ki, klub hazırda namizədləri nəzərdən keçirir.

Bu posta ən real ehtimal “Liverpul”un məşqçisi Pep Layndersdir. O, Yurgen Kloppun köməkçisi postunda çalışır. Mütəxəssis Amsterdam klubu ilə danışıqlar aparır.

Qeyd edək ki, Laynders daha öncə yayda Kloppla birlikdə komandanı tərk edəcəyini açıqlamışdı.

0