Əliyar Ağayevdən “Panatinaikos”un oyununda qırmızı vərəqə
02.05.2022 - 11:03
Əliyar Ağayevdən “Panatinaikos”un oyununda qırmızı vərəqə

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Yunanıstanda növbəti dəfə iş başında olub.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı hakim Yunanıstan Futbol Federasiyasının dəvəti ilə Super Liqanın çempionluq qrupuna aid olan “Panatinaikos” – “Aris” oyununu idarə edib.

Pley-offun VI turuna təsadüf edən Afinadakı qarşılaşmanın taleyini 1 qol həll edib. “Panatinaikos” 28-ci dəqiqədə vurduğu yeganə topla matçdan qalib ayrılıb. Ağayev görüşün 45-ci dəqiqəsində “Aris”in hücumçusu Abunakar Kamaranı ikinci sarı vərəqə ilə meydandan qovub. Həmyerlimiz qırmızı ilə yanaşı, ev sahiblərinin 4, qonaqların isə 2 oyunçusuna sarı vərəqə göstərib.

Qeyd edək ki, “Panatinaikos” hazırda 54 xalla 3-cü, “Aris” isə 53 xalla 4-cü pillədə qərarlaşır.