Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan Superliqasının XXII turunun "Panatinaikos" - PAOK matçını idarə edib.
Apasport.az saytının məlumatına görə, FIFA dərəcəli referimizin idarəçiliyi yerli mətbuat tərəfindən yüksək qiymətləndirilməyib.
Xüsusən də, bir epizod "Panatinaikos" tərəfinin narazılığına səbəb olub. Həmin anda qonaqların müdafiəçisi Dimitris Cannlulis top uğrunda mübarizədən sonra yerə yıxılan rəqibin oyunçusu Dominik Nadın dizini tapdalayıb. Ağayev isə bu epizodu gözdən qaçırıb. Afinalılar da Cannlulisə qırmızı vərəqə verilmədiyi üçün qarşılaşmadan sonra referini sərt şəkildə tənqid ediblər.
Qeyd edək ki, oyun "Panatinaikos"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri ilk qolu penaltidən vurublar. Əliyar Ağayev isə hər komanda üzvünə 1 sarı vərəqə göstərməklə kifayətlənib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı