Ələskərovun assisti “Bursaspor”u təhlükəli zonadan çıxardı
05.02.2022 - 18:57
Türkiyə TFF I Liqasında XXIII turun matçları davam edir.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Namik Ələskərovun formasını geyindiyi “Bursaspor” ev oyununa çıxıb.
“Altınordu”nu qəbul edən “timsah” 1:0 hesablı qələbəyə sevinib. Görüşdə yeganə qola 28-ci dəqiqədə Hasan Ayaroğlu imza atıb. Bu qolun məhsuldar ötürməsini isə start heyətində yer alan və görüşü əvəz edilmədən keçirən Ələskərov verib.
Qalibiyyət sayəsində təhlükəli zonadan çıxan “Bursaspor” 23 xalla turnir cədvəlinin 15-ci pilləsinə yüksəlib.
0
0