Luis Diaz “Bavariya”ya "yaşıl işıq" yandırdı
07.07.2025 - 15:29
Kolumbiyalı hücumçu Luis Diaz bu yay “Liverpul”u tərk edə bilər.
Apasport.az xəbər verir ki, 28 yaşlı vinger “Bavariya” ilə şəxsi razılıq əldə edib.
Almaniyanın “Bild” nəşri bu barədə məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Bavyera təmsilçisi İngiltərə çempionuna 80 milyon avroluq təklif göndərib. Lakin mersisaydlılar oyunçunu satmaq istəmir. Hazırda hər iki klub arasında danışıqlar davam edir.
Qeyd edək ki, “Liverpul” Luis Diazı 2022-ci ildə “Portu”dan 45 milyon avroya transfer edib.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
1
1