Luis Suares “Barselona”nın təklifini rədd etdi
23.06.2022 - 18:51
Luis Suares “Barselona”nın təklifini rədd etdi

Luis Suares “Barselona”ya qayıda bilər.

Apasport.az saytının məlumatına görə, İspaniya təmsilçisi uruqvaylı hücumçu ilə danışıqlara başlayıb.

Klub rəhbərliyi “Atletiko”dan ayrılacaq forvardını bu yay heyətinə qatmaq istəyir. Amma cənubi amerikalı ehtiyat variant kimi nəzərdə tutulub. Robert Levandovskinin keçidi baş tutmasa, Suares yenidən Kataloniyaya dəvət olunacaq.

Bunun üçün avqusta qədər gözləməli olan Suares təklif üçün “Barselona”ya təşəkkür edib. O, “Sevilya”, “Vilyarreal” və “River Pleyt”dən konkret təkliflər aldığını və avqusta qədər gözləmək istəmədiyini əsas gətirərək sabiq klubuna “yox” deyib.

Qeyd edək ki, Luis ötən mövsümün 45 matçında 13 qol vurub.

0