Lukaku "Çelsi"nin planlarına daxil deyil
15.05.2024 - 14:38
Lukaku "Çelsi"nin planlarına daxil deyil

İngiltərə Premyer Liqa təmsilçisi “Çelsi” hücumçusu Romelu Lukakunu hansı qiymətə satacaqlarına qərar verib. 

Apasport.az "Football Insider”ə istinadən xəbər verir ki, "Çelsi" təxminən 40 milyon avro təzminat qarşılığında belçikalı ilə yollarını ayıracaq.

“Transfermarkt” portalı oyunçunun dəyərini 30 miliyon avro olaraq qiymətləndirir.

Xatırladaq ki, Lukaku ötən ildən icarə əsasında “Roma”da oynayır. Forvard iştirak etdiyi 46 matçda 20 qol vurub, 4 məhsuldar ötürmə edib.

0