Lukman "Atalanta" karyerasını başa vurur?
İtaliya klublarından "Atalanta"nın hücumçusu Ademola Lukman böhranı davam edir.
Apasport.az xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin "Brügge" ilə oyununda penaltini qaçırdıqdan sonra baş məşqçi Can Piero Qasperini tərəfindən sərt tənqidlərə məruz qalan nigeriyalı oyunçunun mövsümün sonunda komandadan ayrılacağı iddia edilib.
Nigeriyalı komandadan nə vaxt ayrılacaq?
Fabrizio Romanonun sözlərinə görə, "Atalanta" ilə Lukman arasında yolların ayrılması ötən yaydan planlaşdırılıb və futbolçunun gedişinin bu yay baş tutacağı gözlənilir.
Lukmanın cari mövsümdəki performansı necədir?
Lukman 2022-ci ildə "Leypziq"dən "Atalanta"ya keçib.
Qeyd edək ki, 27 yaşlı hücumçu bu mövsüm 28 oyunda iştirak edib, 15 qol və 7 asistlə yadda qalıb.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə