[b]Macarlar Bakıya məğlub gəlir[/b]
05.07.2018 - 01:47
[b]Macarlar Bakıya məğlub gəlir[/b]

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Uypeşt” hazırlıqları davam etdirir. Apasport.az saytının məlumatına görə, Macarıstan təmsilçisi növbəti sınaq matçına çıxıb.

 

Xorvatiyanın “İnter” klubu ilə qarşılaşan “bənövşəyilər” 0:1 hesablı məğlubiyyətə üzülüblər.

 

Qeyd edək ki, “Neftçi” ilə “Uypeşt” arasındakı ilk görüş iyulun 12-də Bakıda, cavab matçı isə bir həftə sonra Macarıstanda oynanılacaq.

0