Madrid klublarının ortaq istəyi
27.06.2022 - 15:54
Madrid klublarının ortaq istəyi

“Napoli”nin qapıçısı David Ospina İtaliya klubunu tərk edəcək.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı əlcək sahibi yeni komandasına azad agent kimi keçməyə qərar verib.

Kolumbiyalının xidmətində İspaniya klubları maraqlıdır. Madrid təmsilçiləri “Real” və “Atletiko” onu heyətində görmək istəyir.

Qeyd edək ki, Ospina ötən mövsüm A seriyasında keçirdiyi 31 oyundan 13-də qapısını toxunulmaz saxlayıb.
 

0