Madriddə qalib müəyyənləşmədi
05.02.2024 - 02:11
Madriddə qalib müəyyənləşmədi

La Liqada 23-cü turun matçları keçirilir.

Apasport.az xəbər verir ki, tur Madrid derbisi ilə əlamətdar olub.

"Real" "Atletiko"nu qəbul edib. 2 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.

"Kral klubu"nun heyətində Brahim Diaz hesabı açıb. Lakin qonaqlar son dəqiqələrdə Markus Llorentenin qolu ilə bərabərliyə nail olub - 1:1.

Qeyd edək ki, "Real" 58 xalla 1-ci, "Atletiko" isə 48 xalla 4-cü pillədə qərarlaşıb.

0