[b]"Mançester Siti" Hartı 5 milyona satışa çıxardı[/b]
31.07.2018 - 09:35
[b]"Mançester Siti" Hartı 5 milyona satışa çıxardı[/b]

“Mançester Siti” qolkiper Co Hartın transfer dəyərini aşağı salıb. Apasport.az saytının “The Times”ə istinadən məlumatına görə, “şəhərlilər” 5 milyon funt sterlinq qarşılığında 31 yaşlı qapıçı ilə yollarını ayırmağa hazırdı.

 

Hart son iki mövsümü “Vest Hem” və “Torino”da icarə əsasında keçirib.

 

Qeyd edək ki, hazırda “Fənərbağça” Co Hartla yaxından maraqlanır.

0