Premyer Liqa təmsilçilərindən "Mançester Siti" Ömər Marmuşun keçidini tamamlamağa yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Onun sözlərinə görə, "Mançester Siti"nin bu həftə Ömər Marmuşla müqavilə imzalayacağı gözlənilir.
"Şəhərlilər" bu həftə Ömər Marmuş üçün rəsmi təklifini təqdim edəcək.
Qeyd edək ki, Marmuş bu mövsüm "Ayntraxt Frankfurt" forması ilə bütün turnirlərdə 25 matça çıxıb, 19 qol, 12 ötürmə ilə yadda qalıb. O, Premyer Liqada 15 qolla bombardir olan Heri Keyndən 1 qol geridədir. Misirli futbolçunun Bundesliqa təmsilçisi ilə müqavilə müddəti 2027-ci ilə qədərdir.