“Mançester Siti” Nunesi açıqladı
31.08.2023 - 15:47
“Mançester Siti” Nunesi açıqladı

Portuqaliyalı Mateus Nunes “Mançester Siti”də çıxış edəcək.

Apasport.az saytı xəbər verir ki, Mançester təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı "Vulverhempton"la razılaşdığını açıqlayıb.

“Şəhərlilər” bu keçid qarşılığında qarşı tərəfə 62 milyon avro ödəyəcək. Nunes tibbi müayinədən keçmək üçün Mançesterə gəlib.

Qeyd edək ki, “Vulverhempton” futbolçunu 2022-ci ildə Portuqaliya “Sportinq”inə 35 milyon avro ödəyərək almışdı.

0