"Mançester Siti"nin Diaş qərarı
25.02.2024 - 18:49
"Mançester Siti"nin Diaş qərarı

Ruben Diaş "Mançester Siti" ilə müqaviləsini yeniləyəcək

Apasport.az xəbər verir ki, Premyer Liqa klubu 26 yaşlı müdafiəçinin oyunundan razıdır.

Komanda rəsmiləri ilə portuqaliyalının agenti arasında aparılan danışıqların müsbət yekunlaşdığı bildirilir. Yeni anlaşmaya əsasən arxa xətt oyunçusu 2029-cu ilin yayına qədər “şəhərlilər”in şərəfini qoruyacaq.

Qeyd edək ki, 2020-ci ildən “Mançester Siti”də çıxış edən Diaş bu mövsüm 32 matçda 2685 dəqiqə meydanda olub.

0