“Mançester Yunayted” çətin durumda
02.12.2023 - 17:15
“Mançester Yunayted” çətin durumda

“Mançester Yunayted” problemlə üzləşib.

Apasport.az xəbər verir ki, komandanın “Nyukasl”la qarşılaşmaya yollandığı təyyarə reysi ləğv edilib.

Buna hava şəraiti səbəb olub. Nyukasla təyyarə ilə yollana bilməyən mançesterlilər Premyer Liqa matçına avtobusla getməli olacaq. Bu isə təxminən üç saat vaxt aparacaq.

Qeyd edək ki, “Nyukasl” – “Mançester Yunayted” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
 

0