"Mançester Yunayted"in hücumçu planı
08.04.2025 - 11:03
"Mançester Yunayted" yay üçün əsas transfer hədəfini müəyyənləşdirib.
Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” “İpsviç”in hücumçusu Liam Delapı almaq istəyir.
Mankunianlar 22 yaşlı futbolçunun 46 milyon avroluq sərbəst qalma məbləğini ödəməyə hazırdır.
"Qalatasaray"ın nigeriyalı ulduzu Viktor Osimhen isə “Mançester Yunayted”in ehtiyat variantıdır.
Qeyd edək ki, Delap İngiltərə Premyer Liqasının cari mövsümündə "İpsviç" üçün 30 matçda meydana çıxıb, 12 qol vurub, 2 məhsuldar ötürmə edib.
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
0
0