"Mançester Yunayted" məni satmaq istəmədi"
04.06.2025 - 00:37
"Mançester Yunayted" məni satmaq istəmədi"

İngiltərə Premyer Liqası təmsilçilərindən "Mançester Yunayted"in futbolçusu Bruno Fernandes yerli mətbuata bir sıra açıqlamalar verib.

Apasport.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi "Əl-Hilal"ın təklifini nəyə görə rədd etdiyini dilə gətirib:

“Əl-Hilal" klubuna asanlıqla transfer ola bilərdim. Oradakı portuqaliyalı futbolçuları yaxşı tanıyıram. Amma mən ən yüksək səviyyədə oynamaq və böyük kuboklar uğrunda mübarizə aparmaq istədiyim üçün onların təklifini rədd etdim. Amorim ilə danışdım və o, qalmağımı istədi. "Mançester Yunayted" məni satmaq istəmədi. Onların pula ehtiyacı yoxdur. Amma əgər mən ayrılmaq istəsəydim, təklifi qəbul edə bilərdilər".