[b]"Mançester Yunayted" "Real"ın 500 milyonluq oyunçusuna göz dikib[/b]
29.06.2018 - 10:11
[b]"Mançester Yunayted" "Real"ın 500 milyonluq oyunçusuna göz dikib[/b]

“Real”ın yarımmüdafiəçisi Toni Kroos karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının “As”a istinadən məlumatına görə, “Mançester Yunayted” onunla yaxından maraqlanır.

 

“Qırmızı şeytanlar” 28 yaşlı futbolçunu bu yay heyətlərinə qatmaq üçün böyük büdcə ayırmağa hazırdılar.

 

“Real”ın isə klubla 4 illik müqaviləsi olan Kroosla yollarını ayırmaq niyyətində olmadığı bildirilir. Almaniya millisinin üzvünün sərbəst qalma dəyəri 500 milyon avro təşkil edir.