“Mançester Yunayted” yarımmüdafiəçisini azad agent kimi buraxa bilər
02.04.2024 - 17:29
“Mançester Yunayted” yarımmüdafiəçisini azad agent kimi buraxa bilər

“Mançester Yunayted” 40 milyon avroya aldığı yarımmüdafiəçini azad agent kimi buraxa bilər.

Apasport.az  “Teamtalk”a istinadən xəbər verir ki, klub rəhbərliyi Donni van de Beklə yolları ayırmağa hazırlaşır. 

"Transfermarkt" portalı oyunçunun dəyərini 7 milyon avro olaraq qiymətləndirir.

Xatırladaq ki, cari mövsümdə hollandiyalı oyunçu icarə əsasında “Ayntraxt”da çıxış edir. Tərəflər arasında müqavilə 2024-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, bu mövsüm Bundesliqada 6 oyun keçirən Bek fərqlənə bilməyib.

0