İtaliya millisində baş məşqçi məsələsi ilə bağlı Roberto Mançini variantı gündəmə gəlib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis yenidən yığmanın başına keçməyə hazırdır.
Romanonun paylaşımına görə, Mançini may ayından etibarən İtaliya millisinə qayıdış üçün "qapını açıq saxlayır". O, hazırda bu vəzifəyə əsas namizədlərdən biri hesab olunur.
60 yaşlı çalışdırıcının qərar vermək üçün İtaliya Futbol Federasiyasından müsbət siqnal gözlədiyi bildirilir.
Qeyd edək ki, Mançini 2018-2023-cü illərdə İtaliya millisini çalışdırıb. Onun rəhbərliyi altında “Skuadra Adzurra” AVRO-2020-nin qalibi olub.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!