Braziliya millisinin həkimi Rodriqo Lasmar Marselonun zədəsi haqda fikirlərini bölüşüb. Apasport.az saytının “O Tempo”ya istinadən məlumatına görə, o, fiziki terapiya qəbul etdikdən sonra müdafiəçinin vəziyyətinin yaxşılaşdığını deyib.
“Marselonun kürəyində əzələ ağrıları olub. İndi hər şey yaxşıdı, artıq fiziki terapiya proseduruna başlamışıq. Bu sayədə onun vəziyyəti nisbətən yaxşılaşıb. Bir-iki gün gözləmək lazım gələ bilər. Ağrıların səbəbini dəqiq təyin etmək çətindi. Bu, xroniki zədədi, onun öncə də kürəyində problemləri olurdu. Bəlkə də, bu səfər oteldəki döşək həddindən artıq yumşaq olub” – deyə, o bildirib.
Qeyd edək ki, Serbiya ilə oyunda (2:0) Marselo zədə səbəbindən oyunu davam etdirə bilməmişdi.