Serbiya ilə oyunun (2:0) 10-cu dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalan Braziliya millisinin üzvü Marselo tvitter hesabında son vəziyyəti barədə paylaşım edib. Apasport.az saytının məlumatına görə, müdafiəçi hər şeyin qaydasında olduğunu və tezliklə yaşıl meydanlara qayıdacağını vurğulayıb.
“Hamıya dəstək mesajlarına görə təşəkkür edirəm. Tanrıya şükürlər olsun ki, ciddi bir şey baş vermədi. Tezliklə qayıdacam” – deyə, Marselo qeyd edib.
Braziliya Futbol Konfederasiyasının məlumatına görə, Marselo oyunun gedişində kürək əzələlərində ağrılar hiss edib və bu səbəbdən oyunu davam etdirə bilməyib.
Qeyd edək ki, Braziliya iyulun 2-də dünya çempionatının 1/8 finalı çərçivəsində Meksika yığması ilə qarşılaşacaq.