Martinez Portuqaliya ilə ilk dəfə məğlub oldu
27.03.2024 - 11:56
Martinez Portuqaliya ilə ilk dəfə məğlub oldu

Furbol üzrə Portuqaliya millisi Sloveniya yığması ilə yoldaşlıq oyunu keçirib.

Apasport.az xəbər verir ki, Roberto Martinezin yetirmələri 0:2 hesablı məğlubiyyətlə üzləşib.

Bu, ispan mütəxəssisin rəhbərlik etdiyi komandanın ilk məğlubiyyətidir.

Robertonun rəhbərliyi altında Portuqaliya millisi bu yay Almaniyada keçiriləcək 2024-cü ildə Avropa çempionatına vəsiqə qazanıb. Komanda Gürcüstan, Çexiya və Türkiyə ilə eyni qrupda yer alıb.

Qeyd edək ki, ispan çalışdırıcı milli ilə 12 oyun keçirib, 11 dəfə qalib gəlib, yalnız 1 dəfə məğlub olub.

0