[b]“Mattersburq” Ramil Şeydayevin yolunu gözləyir[/b]
22.06.2018 - 10:37
[b]“Mattersburq” Ramil Şeydayevin yolunu gözləyir[/b]

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin “Mattersburq”a keçidi reallaşmaq üzrədi. Apasport.az saytının Avstriya mətbuatına istinadən məlumatına görə, elita təmsilçisi “Qarabağ”ın sabiq üzvünü təqdim etməyə hazırlaşır.

 

“Mattersburq” Şeydayev də daxil olmaqla 6 futbolçu birdən ictimaiyyətə təqdim etməyi planlaşdırır. Onunla yanaşı, Marko Kvasina (“Tvente”), Patrik Salomon (“Altax”), Yefte Betankor (“Stadl-Paura”), Daniel Kerşbaumer (“Linz”) və Andreas Kuen (“Rapid”) Avstriya klubu ilə müqavilə imzalayacaq.

 

Adıçəkilən 5 oyunçunun hamısı “Mattersburq”a azad agent kimi qoşulacaq. Yalnız Şeydayevin hansı yolla transfer olunacağı açıqlanmayıb. Çünki gənc forvard müqavilə ilə “Trabzonspor”a məxsusdu. Ancaq klub rəhbərliyi məsələni həll olunmuş hesab edir.

 

“Mattersburq” bu transferləri rəsmiləşdirdikdən sonra yarımmüdafiənin sağ cinahı üçün axtarışları sürətləndirəcək. Baş məşqçi Gerald Baumqartner bu mövqeyə bir neçə namizədlərinin olduğunu və axtarışlarının davam etdiyini açıqlayıb.