Mbappe "Real Madrid"də
19.02.2024 - 11:08
Mbappe "Real Madrid"də

İspaniya nəhəngi "Real" PSJ-nin fransız hücumçusu Kilian Mbappe ilə müqavilə imzalayıb. 

Apasport.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. 

Bildirilib ki, 25 yaşlı futbolçu iyulun 1-dən "Real"ın heyətinə qoşulacaq. 

Fransalı İspaniya klubu ilə 5 illik müqavilə imzalayacaq. Kilian "Kral klubu"nun heyətində ən çox maaş alan futbolçu olacaq. 

Qeyd edək ki, bir çox top klubların marağında olan ulduz forvard PSJ-də 31 oyuna çıxıb, 32 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. 

0