“Zarya”nın qolkiperi Andrey Lunin karyerasını İspaniyada davam etdirəcək. Apasport.az-ın “Real”ın saytına istinadən məlumatına görə, Madrid klubu onun transferini rəsmiləşdirib.
Ukraynalı qapıçı çoxsaylı təkliflərə baxmayaraq, xəyalındakı komandanı seçdiyini bildirib: “Real”da oynamağın xəyalını qururdum və bu barədə fikrimi açıq şəkildə Ukrayna mətbuatına da demişdim. Hazırda əsas qapıçı olmaq barədə düşünmürəm. Təbii ki, bunu istəyərdim, ancaq indilik önəmli olan uzun illər boyu komandaya xidmət etmək və Çempionlar Liqasının qalibi olmaqdı. Hamı bilir ki, mənə 3 min təklif var idi, ancaq xəyallarımın klubu "Real"ı seçdim. Bura pula görə gəlməmişəm”.
Qeyd edək ki, Andrey Luninlə 6 illik müqavilə imzalanıb.
- Kloppla birlikdə Saneyə milli qapısı bağlanır
- Ölkələr açıqlandı: 2028 və 2029-cu illərin avrokubok finalları bu stadionlarda
- Pepedən De Paula sərt sözlər: “Bizim dövrümüzdə oynasaydı...”
- Boliviyada şok haidsə: “3 qol burax, yoxsa ailəni öldürəcəyik”
- Ruben Neveşə qarşı Jota təxribatı: Federasiya açıqlama yaydı