"Mənim üçün bu söhbətlər əhəmiyyətli deyil" - Müller
28.04.2024 - 21:48
"Mənim üçün bu söhbətlər əhəmiyyətli deyil" - Müller

"Bavariya"nın hücumçusu Tomas Müller baş məşqçi Tomas Tuxellə fəxri prezident Ole Höness arasında yaranan mübahisədən danışıb.

Apasport.az xəbər verir ki, bu barədə alman oyunçu "Sky Sport"a açıqlama verib:

“Bu cür mübahisələrin yaranma səbəbi sizsiniz. Çünki bu barədə bizdən çox soruşursunuz. Hönessdən heç bir açıqlama alınmasaydı, ümumiyyətlə heç bir səs-küy olmazdı. Qısacası, mənim üçün bu söhbətlər əhəmiyyətli deyil".

Qeyd edək ki, daha öncə funksioner məşqçini futbolçu yetişdirməkdənsə, hazır təcrübəli oyunçuları almağa üstünlük verdiyini bildirmişdi. Tuxel bunun belə olmadığını söyləyərək Hönessin sözlərinin ona qarşı səhv olduğunu qeyd edib.

0