Məşhur futbolçuya şok: Həbs cəzası ilə üz-üzə
12.09.2024 - 10:17
Fransa millisinin və “Liverpul”un sabiq futbolçusu Cibril Sisse həbs cəzası ala bilər.
Apasport.az xəbər verir ki, keçmiş hücumçu vergilərdən yayınmaqda və korporativ aktivlərdən sui-istifadə etməkdə ittiham olunur.
Dünən oyunçunun məhkəməsi olub və qərar sabah veriləcək. Prokurorluq 1 illik həbs və 100 min avro cərimə istəyib.
Sisse karyerası ərzində İngiltərədə “Liverpul”, KPR, “Sanderlend”, Fransada “Marsel”, Yunanıstanda “Panatinaikos”, İtaliyada “Latsio”, Rusiyada “Kuban” kimi klublarda forma geyinib. O, Fransa yığmasında 41 oyunda 9 qol vurub.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0