Messi 3 oyunluq fasilədən sonra meydana qayıtdı, fərqləndi
14.03.2025 - 08:36
Messi fasilədən döndü
"İnter Mayami"nin hücumçusu Lionel Messi növbəti dəfə fərqlənib.
Apasport.az xəbər verir ki, 37 yaşlı futbolçu üç oyunluq fasilədən sonra meydana qayıdaraq fərqlənib.
Lionel Messi "İnter Mayami"də qol vurdu
Argentinalı “Kavaler”lə (2:0) matçın 53-cü dəqiqəsində ehtiyat skamyasından meydana çıxıb və əsas vaxtda komandasının ikinci qoluna imza atıb.
Beləliklə, Messi "İnter Mayami"dəki qollarının sayını 37-yə çatdırıb.
Ümumilikdə, ulduz forvard karyerası ərzində 853 qol vurub ki, bu da 927 qol vuran Kriştiano Ronaldodan sonra ikinci ən yüksək göstəricidir. Lakin Lione “qol+assist” sisteminə görə 1234 xalla liderdir.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0