Messi daha bir il “İnter Mayami”də - RƏSMİ
23.10.2025 - 19:42

Argentina millisi və "İnter Mayami"nin ulduzu Lionel Messinin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, MLS təmsilçisi 38 yaşlı hücumçu ilə müqavilənin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Messi daha bir il "İnter Mayami"nin şərəfini qoruyacaq.
Qeyd edək ki, argentinalı forvard 2023-cü ildən ABŞ təmsilçisinin şərəfini qoruyur. O, bu komanda ilə çıxış etdiyi 82 rəsmi matçda 71 qol və 37 assistlə yadda qalıb.
0
0