[b]“Messi məni qucaqlayanda xoşbəxt oldum” - Sampaoli[/b]
27.06.2018 - 12:01
[b]“Messi məni qucaqlayanda xoşbəxt oldum” - Sampaoli[/b]

Argentina yığmasının baş məşqçisi Xorxe Sampaoli Nigeriya ilə oyundan (2:1) sonra Lionel Messi ilə bağlı fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb. Apasport.az saytının Sports.ru-ya istinadən məlumatına görə, argentinalı mütəxəssis Leo ilə ortaq xəyallarının olduğunu deyib.

 

“Messi məni qucaqlayanda xoşbəxt oldum. O, mənə yaxşı bələddi. Oyunlara emosional yanaşdığımı, hər gün növbəti oyun barədə düşündüyümü, həmçinin son dövrlərdə “Barselona”dakı oyunlarını birbaşa izlədiyimi yaxşı bilir. Bizim ortaq xəyalımız var: Rusiyada Argentina üçün önəmli nəticə qazanmaq. Ortada 3 futbolçu ilə oynamağımız, Messinin isə sağ cinaha çəkilməsi, məncə, doğru addım idi. Mərkəzi ötürmə ilə təmin etməyə, həmçinin irəli şığımağa cəhd edirdi” – deyə, o bildirib.

 

Onun sözlərinə görə, komandadakı digər futbolçular Lionel Messinin oyununu ortaya qoya bilməsi üçün şərait yaratmalıdılar: “Messiyə sahib olan hər məşqçi ətrafındakıların Leoya rahat oynaması üçün şərait yaratmalı olduqlarını bilir. Əks halda, dünyanın ən yaxşı futbolçusuna sahib olmağımız bir işə yaramaz. Digər oyunçular da komandaya fayda verməlidilər”.

 

Qeyd edək ki, Nigeriya ilə oyunda Lionel Messi komandasının ilk qoluna imza atıb.