[b]Messi və Ronaldosuz rəmzi komanda[/b]
29.06.2018 - 16:19
[b]Messi və Ronaldosuz rəmzi komanda[/b]

DÇ-2018-in qrup mərhələsinin rəmzi yığması açıqlanıb. Apasport.az saytının məlumatına görə, nüfuzlu “WhoScored” portalı baş tutan 48 qarşılaşmaya əsasən ən yaxşı “11-liy”i müəyyənləşdirib.

 

Dünyanın ən yaxşı iki futbolçusu Lionel Messi və Kriştianu Ronaldo yığmadan kənarda qalıb. Bu komandada Braziliya və İngiltərədən daha çox – hərəsindən iki oyunçu yer alıb. Maraqlıdı ki, qrup mərhələsini adlaya bilməyən Cənubi Koreyanın qapıçısı da “11-liy”ə daxil edilib.

 

Qapıçı: Ço Xen U (Cənubi Koreya);

Müdafiəçilər: Mikael Lustiq (İsveç), Yerri Mina (Kolumbiya), Xose Ximenes (Uruqvay), İvan Striniç (Xorvatiya);

Yarımmüdafiəçilər: Kevin Trippyer (İngiltərə), Aleksandr Qolovin (Rusiya), Koutinyo (Braziliya), Neymar (Braziliya);

Hücumçular: Qarri Keyn (İngiltərə), Romelu Lukaku (Belçika).