[b]“Milan” 30 milyon avro cərimələnir[/b]
27.06.2018 - 18:06
“Milan” Avropa Liqasından uzaqlaşdırılma cəzasının ləğvi üçün UEFA-ya müraciət etsə də, istəyi baş tutmayacaq. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, qitə futbol qurumu əksinə, “rossonyerlər”i külli məbləğdə cərimələmək qərarına gəlib.
Belə ki, Maliyyə Feyr-Pley qaydalarını pozduğu üçün “Milan” 30 milyon avro məbləğində cərimələnib. UEFA-nın tezliklə bunu rəsmən açıqlaması gözlənilir. Hətta qərarın kluba bildirildiyi vurğulanıb.
Beləliklə, “Milan” 2018-19 mövsümündə Avropa Liqasına qatıla bilməyəcək.
0
0