“Milan” argentinalı gənc ulduzu transfer edir
15.10.2024 - 19:53
“Milan” argentinalı gənc ulduzu transfer edir

A seriyası təmsilçilərindən “Milan” yayda heyətini gücləndirmək istəyir.

Apasport.az xəbər verir ki, milanlılar “River Pleyt”dən 17 yaşlı Franko Mastantuononu transfer etmək istəyir. 

Klubun idman direktoru Cefri Monkada oyunçunu uzun müddətdir bəyənib və yaxından izləyir.

Müqaviləsində 45 milyon avro sərbəstqalma maddəsi olan yarımüdafiəçi üçün italyanlar daha aşağı bir məbləğ təklif etməyə  hazırlaşır.

Qeyd edək ki, Mastantuonon bu mövsüm 16 oyuna çıxıb və 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

0