"Milan" Jirunu əvəz edəcək hücumçu seçib
23.04.2024 - 12:17
"Milan" Jirunu əvəz edəcək hücumçu seçib

Fransanın “Lill” klubunun hücumçusu Conatan David İtaliya çempionatında çıxış edə bilər.

Apasport.az "DeadlineDayLive" nəşrinə istinadla xəbər verir ki, "Milan" kanadalını öz sıralarına cəlb etmək istəyir.

"Rossonerilər" Davidi mövsümün sonunda komandadan ayrılacağı ehtimal olunan təcrübəli fransız Olivye Jiruya əvəzləyici kimi baxırlar.

Conatanın "Lill"lə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Futbolçunun bazar dəyəri 50 milyon avro olaraq qiymətləndirilir. Hücumçu bu mövsüm Liqa 1-də 29 oyun keçirib, 17 qol vurub və 2 məhsuldar ötürmə edib.
 

0