"Milan" prezidenti baş məşqçilərindən razıdır
16.02.2024 - 09:13
"Milan" prezidenti baş məşqçilərindən razıdır

“Baş məşqçimizin işi bizi qane edir”.

Apasport.az xəbər verir ki, "Milan"ın prezidenti Paolo Skaroni komandanın baş məşqçisi Stefano Piolinin gələcəyi ilə bağlı sualı cavablandırıb.

Avropa Liqasının “Renn”lə (3:0) qarşılaşmasından sonra jurnalistlərin suallarını cavablandıran klub rəhbəri 58 yaşlı Piolidən razılıq edib: “Stefanonu məşqçi vəzifəsində görməyə şadıq. Üstəlik, işlər bizim üçün yaxşı gedir, ona görə də bu sual yersizdir”.

Qeyd edək ki, avrokuboklarda yoluna davam edən komanda ölkə çempionatında topladığı 52 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alır.

0