"Milan" yeni formasını təqdim etdi - FOTO
08.02.2024 - 16:33
"Milan" yeni formasını təqdim etdi  - FOTO

İtaliyanın "Milan" klubu yeni formasını təqdim edib.

Apasport.az xəbər verir ki, "Puma" şirkəti tərəfindən hazırlanan forma ağ və qara rənglərdən ibarətdir. Yeni dəstdə "Milan" şəhərinin memarlığının elementləri təsvir olunub.

Komanda fevralın 11-də San Siro stadionunda keçiriləcək matçda "Napoli"yə qarşı bu formada oynayacaq.

Qeyd edək ki, "Milan" A seriyasında 23 turdan sonra 3-cü sırada yer alıb.

0