"Milan"da ciddi narazılıq: Baş məşqçi ilə yollar ayrılır
19.09.2024 - 15:18
"Milan"da ciddi narazılıq: Baş məşqçi ilə yollar ayrılır

İtaliya Seriya A klublarından “Milan”da baş məşqçi Paulo Fonseka ilə yollar ayrıla bilər.

Apasport.az xəbər verir ki, “Milan” rəhbərliyində bir neçə üzv mütəxəssisin istefaya göndərilməsini istəyir.

Komanda Çempionlar Liqasının I turunda azarkeşləri önündə “Liverpul”a uduzub – 1:3. “Milan” A Seriyasının V turunda “İnter”ə də məğlub olsa, Fonseka qovula bilər.

Portuqaliyalı məşqçi bu ilin yayında komandaya baş məşqçi təyin edilib. “Qırmızı-qaralar” onun başçılığı altında 5 oyunda cəmi 1 qələbə qazanıb, 2 heç-heçə edib.

Qeyd edək ki, bundan öncə İtaliya Seriya A klublarından "Roma" baş məşqçisi Daniel De Rossi ilə yollarını ayırıb.

0