“Milan”dan 10 milyonluq təklif
26.05.2023 - 14:53
“Milan”dan 10 milyonluq təklif

“Milan” yay transfer pəncərəsində hücumçu almağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu Jorj Mikautadzeni heyətinə qatmağa qərar verib.

“Mets”də çıxış edən gürcüstanlı hücumçu ilə bağlı danışıqlar başlayıb. Milanlılar 22 yaşlı forvardın transferi üçün 10 milyon avro təklif edib.

Qeyd edək ki, cari mövsümdə 38 matça çıxan hücumçu 24 qol vurub.
 

0