[b]"Milan"dan yeni transfer[/b]
28.06.2018 - 16:22
“Barselona”nın sabiq yarımmüdafiəçisi Alen Haliloviç karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, xorvat futbolçu “Milan”la anlaşıb.
Milanda olan futbolçu yeni klubu üçün tibbi müayinədən keçib.
Haliloviç son mövsümü “Las Palmas”da keçirmişdi. Geridə qalan mövsümdə La Liqada 20 matçda meydana çıxan 22 yaşlı futbolçu 2 qol vurmaqla yanaşı, 2 dəfə məhsuldar ötürmə verməklə, komanda yoldaşlarının fərqlənməsinə şərait yaratmışdı.
0
0