“Milan”ın müdafiəçisi: “Yuventus” və “İnter” favoritdir”
06.08.2022 - 17:23
“Milan”ın müdafiəçisi: “Yuventus” və “İnter” favoritdir”

“Milan”ın müdafiəçisi Simon Kyaer İtaliya A seriyasında gələn həftəsonu start götürəcək yeni mövsümlə bağlı düşüncələrini bölüşüb.

Apasport.az saytının məlumatına görə, danimarkalı futbolçu əsas rəqiblərini çempionluğa favorit qismində görür.

O, 11 illik çempionluq həsrətinə son qoyan “Milan”ın titulunu qorumağa çalışacağını əlavə edib: “Yuventus” və “İnter” favorit hesab olunur. Rəqiblərimiz transfer bazarında çox fəal olduqları üçün onlar barədə niyə belə düşündüklərini başa düşürəm. Amma keçən il də belə idi: biz yox, digərləri Skudettoya əsas iddiaçılar adlandırılırdı. Hər şeyin necə bitdiyini bilirik. Əminəm ki, “Milan” daha da yaxşılaşa bilər”.

Qeyd edək ki, “Milan” yeni mövsümdə ilk oyununu avqustun 13-də evdə “Udineze”yə qarşı keçirəcək.

0