“Milan”nın qolkiperi cəzalandırıldı
04.03.2025 - 23:53
İtaliya A Seriyası komandalarından "Milan"ın qapıçısı Mayk Menyan baş hakimi təhqir etdiyinə görə 1 oyunluq cəzalandırılıb.
Apasport.az xəbər verir ki, buna səbəb, qolkiperin A Seriyasının XXVII turunun "Latsio" (1:2) ilə matçından sonra baş hakimi təhqir etməsi olub.
Fransalı futbolçu görüşün final fitinin ardından paltardəyişmə otağına gedən tuneldə baş hakimə qarşı qeyri-etik ifadələr işlədib.
29 yaşlı oyunçu bu davranışına görə eyni zamanda 15 min avro cərimələnib.
Qyed edək ki, Menyan martın 8-də "Leççe" ilə keçiriləcək oyunu buraxacaq.
- "Napoli" də "Qarabağ"la oyuna görə cərimələnib
- "Atletik" "Qarabağ"la oyunda azarkeşlərin davranışına görə cəzalandırılıb
- Almaniya millisinin sabiq üzvü faciəvi şəkildə həlak olub
- “Barselona” mərkəz müdafiəçisi axtarışındadır: üç namizəd var
- Braziliya millisinin üzvü karyerasını vətənində davam etdirəcək
0
0