Millətlər Liqası: Kerem Aktürkoğlu Ronaldo və Haalandı geridə qoyub
15.10.2024 - 14:58
Millətlər Liqası: Kerem Aktürkoğlu Ronaldo və Haalandı geridə qoyub

“Benfika” forması ilə uğurlu çıxışını Türkiyə millisində də davam etdirən Kerem Aktürkoğlu İslandiya ilə matçın ulduzlarından biri olub.

Apasport.az xəbər verir ki, Aktürkoğlu qarşılaşmada 1 qol, 1 ötürmə ilə fərqlənib. 

Beləliklə, o, qollarının sayını 4-ə çatdıraraq turnirin bombardirlər siyahısında lider olub.

25 yaşlı futbolçu Millətlər Liqasında 3 qolu olan Kriştiano Ronaldo və Erlinq Haalandı qabaqlayıb. 

Kerem Aktürkoğlu liderliyi Benjamin Şeşko və Viktor Gyökereslə bölüşür.

Qeyd edək ki, Türkiyə millisi tarixində ilk dəfə səfərdə İslandiyanı məğlub edib - 4:2. 

 

0