Millidə itki: İki oyunu buraxacaq
10.11.2023 - 15:05
Millidə itki: İki oyunu buraxacaq

İngiltərə millisi və “Tottenhem” itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, bunu London klubunun mətbuat xidməti açıqlayıb.

Yarımmüdafiəçi Ceyms Meddison zədələnib. O, yığmanın qarşıdakı iki görüşünü buraxacaq.

Qeyd edək Ki, İngiltərə AVRO-2024-ün seçmə mərhələsində Malta və Şimali Makedoniya ilə qarşılaşacaq.
 

0